CƏMİYYƏT


Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun səhiyyə, qidalanma və əhali üzrə nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun səhiyyə, qidalanma və əhali üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycanın Dünya Bankı ilə əlaqələrə hər zaman önəm verdiyini vurğulayıb. Ötən il Səhiyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atıldığını qeyd edən nazir müavini bildirib ki, rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil edir.

Öz növbəsində nümayəndə heyətinin üzvləri Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildiriblər.

Görüş zamanı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.