CƏMİYYƏT


Səhiyyə Nazirliyinin mütəxəssisi: Böyrək daşı xəstəliyinə Azərbaycanın şimal bölgəsində daha çox rast gəlinir

Bakı, 4 avqust, AZƏRTAC

Böyrək xəstəliyi Azərbaycan üçün endemik xəstəlik olduğuna görə, böyrək daşına şimal və şimal-qərb regionlarında yaşayanlar arasında daha çox rast gəlinir. Şimal regionları əhalisində böyrəklərdə daş yaranma riski digər bölgələrə nisbətən daha çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin instaqram hesabında “Böyrək daşı xəstəliyi” mövzusunda danışan Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

Həkim-uroloq bildirib ki, Şamaxı-İsmayıllı zonasında böyrək xəstəliyinə tutulma riski 2,1-2,3 faiz arasındadır: “Bu risk Şəki-Zaqatalada 0,7 faiz, Xaçmaz-Siyəzəndə isə1,7 faizdir”.

A.İbrahimovun sözlərinə görə, böyrək daşı xəstəliklərinə daha çox qadınlar arasında rast gəlinir: “Böyrəklərindən şikayət edən hər 100 xəstədən 13-ü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Böyrək daşının bir ay müddətində maksimum 1 santimetrə qədər ərimək ehtimalı var. Böyrək daşı əriyən və qismən sağlamlığına qovuşan xəstələrin yarısının böyrəklərində daş növbəti 5 ildə yenidən yaranır”.

Həkim-uroloq böyrək xəstəliyinin hamilələrə təsiri barədə danışıb. Bildirib ki, hamiləlikdən əvvəl böyrəklər mütləq yoxlanmalıdır: “Çünki hamiləlik zamanı xəstəyə istənilən dərman preparatını təyin edə və bütün müayinələri icra edə bilmirik. Hamiləliyin daha çox 7-ci ayında, 28-35-ci həftələrində böyrək problemləri üzə çıxa bilər. Böyrəklərin diaqnostikası üçün sidik analizi və böyrək müayinəsi həyata keçiririk. İstənilən halda, əsas məqsəd hamiləliyi sağlam şəkildə sonlandırmaqdır. Yəni, doğuşdan sonra böyrək daşı müalicəsi daha asandır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.