CƏMİYYƏT


Səhiyyə Nazirliyinin mütəxəssisi: Böyrək daşını parçalayıb-əritmək üçün dərman preparatı yoxdur

Bakı, 23 sentyabr, AZƏRTAC

Uroloji şiş xəstəliyinin geniş yayılması qlobal problemdir. Lakin böyrək daşı və kistaların sonradan onkoloji xəstəliyə çevrilməsi təhlükəsi yoxdur, sadəcə düzgün müalicə edilməsə, insan səhhəti üçün riskli ola bilər. Yəni, böyrək daşı onkoloji xəstəliklər üçün risk qrupuna daxil deyil.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Araz İbrahimov nazirliyin instaqram səhifəsində “Uroloji problemlər” mövzusundakı çıxışında deyib.

O qeyd edib ki, daha kiçik ölçülü, təxminən 7 millimetrlik böyrək daşlarının düşmə ehtimalı təxminən 70 faizdir: “Lakın 8 millimetrlik böyrək daşlarının düşmə ehtimalı 15 faizdir. Böyrək kistalarının isə 70-75 faizi sadə olur. Bu, yaşı 50-dən yuxarı olan hər iki xəstənin yalnız birində müşahidə olunur. Tövsiyə edirəm ki, vətəndaşlar ildə ən az iki dəfə ultrasəs müayinəsindən keçsinlər”.

Həkim-mütəxəssis bildirib ki, böyrək daşını parçalayıb-əritmək üçün hər hansı dərman preparatı yoxdur: “Ümumiyyətlə müəyyən bitkilərdən istifadə edərək böyrək daşlarının parçalanması, yaxud əridilməsi ilə əlaqədar da elmi tədqiqat işi mövcud deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.