REGİONLAR
Səhiyyə Nazirliyinin rəsmisi Ermənistanın gülünc iddialarına cavab verib VİDEO
Xocavənd, 5 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Xocavəndin Edilli kəndi ərazisində tapılmış 12 nəfərə aid olduğu təxmin edilən qalıqların Azərbaycan tərəfindən basdırılması ilə bağlı Ermənistanın gülünc iddialarına cavab verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ədalət Həsənov jurnalistlərə açıqlamasında deyib: “Sümüklə torpağın qarışığına nəzər salsaq görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz. Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar xüsusi qutulara şəxsi əşyaları, nömrələri ilə yığılaraq bu gün, ya sabah ərazidən götürüləcək. Sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin kriminalistika şöbəsində müayinə ediləcək”.