CƏMİYYƏT


Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

Bakı, 6 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə avqustun 6-da Nəsimi rayonundakı 1 saylı uşaq poliklinikasında maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xəttinə nə vaxt zəng etməli?” ,“Odsöndürənlərdən istifadə qaydası” mövzularında videoçarxlar nümayiş etdirilib, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantıda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanıb və “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası rəhbərliyə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.