REGİONLAR


Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir

Naxçıvan, 23 iyul, AZƏRTAC

Muxtar respublikada praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sertifikasiya imtahanlarının növbəti mərhələsində peyvənd üzrə tibb bacıları dörd gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1001, müsahibə mərhələsi üzrə isə 274 sual tərtib edilərək kompüterə yerləşdirilib. Test bankından hər variant üzrə 60, müsahibə üçün isə 5 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə paylanılıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edib.

101 orta tibb işçisinin iştirak etdiyi imtahanda sualların test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 90 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 11-i isə zəruri həddi keçə bilməyib. Onlar ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.