CƏMİYYƏT


Səhiyyə naziri Bərdə rayonunda vətəndaşları qəbul edib

Bakı, 9 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə əlaqədar müraciətlərinin həllinə kömək göstərirlər.

Fevralın 9-da səhiyyə naziri Oqtay Şirəliyev ölkə rəhbərinin tapşırığına uyğun olaraq Bərdə rayon Diaqnostika Mərkəzində vətəndaşların növbəti qəbulunu keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan 13 nəfəri qəbul edərək onların şikayət, təklif və fikirlərini dinləyib.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb və onların bəziləri yerindəcə həll edilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.