CƏMİYYƏT


Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb

Bakı, 22 iyun, AZƏRTAC

Ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə uyğun olaraq ölkədə səhiyyə mütəxəssislərində peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə imzalanmış Əmrdə səlahiyyətli şəxs və qurumlara tapşırıqlar verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a xəbər verirlər ki, Əmrdə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" ın təsdiqlənməsi və həmin qaydaları səhiyyə müəssisəsi rəhbərlərinin həmin qaydaları öz işlərində rəhbər tutmaq tapşırılır.

Əmrdə sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulunun təmin edilməsi, pilot layihəsinin nəticələrinə əsasən davamlı tibbi təhsil sisteminin digər ixtisaslar üzrə tətbiqi edilməsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımova tapşırılması öz əksini tapıb.

Daha sonra Əmrdə kadrlar, elm və təhsil şöbəsinin rəhbərliyinə və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədrinə səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə 1 ay müddətində təkliflər hazırlanması, davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın texniki tapşırığının və proqramın hazırlanması, həmçinin istifadəyə verilməsinin təmin edilməsi tapşırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.