CƏMİYYƏT


Səhiyyə naziri: Hərarətsalıcı dərman vasitələrinin çatışmazlığı ilə əlaqədar problem aradan qaldırılıb VİDEO

Səhiyyə naziri: Hərarətsalıcı dərman vasitələrinin çatışmazlığı ilə əlaqədar problem aradan qaldırılıb VİDEO

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan bazarında uşaqlara verilən hərarətsalıcı dərman vasitələrinin, xüsusilə də siropların azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur. Dünyada həmin dərmanları istehsal edən şirkətlər baza maddədən istifadə edirlər. Həmin baza maddəni istehsal edən iri farmoseptik şirkətlərin istehsalat xətlərində problem yaranıb. Həmin böhran təkcə Azərbaycanda deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Nazir bildirib ki, son bir həftə ərzində mövcud problem tamamilə aradan qaldırılıb: “Həmin dərmanlar Azərbaycana gətirilib. Qısa müddət ərzində isə pərakəndə satışa çıxarılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.