CƏMİYYƏT


Səhiyyə naziri: Koronavirusla əlaqədar epidemioloji vəziyyət stabildir

Bakı, 1 iyul, AZƏRTAC

Yay mövsümündə insanlar daha çox kütləvi tədbirlərə üz tuturlar. Ona görə də koronavirusa yoluxma hallarında bir qədər artım qeydə alınır. Lakin epidemioloji vəziyyət stabildir. Ağırlaşmalar demək olar ki, yoxdur, hospitalizasiya sayları kifayət qədər azdır. Ona görə də deyə bilərik ki, epidemioloji vəziyyət tam nəzarətdədir.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib.

"Təbii ki, yoluxma halları ilə bağlı hər hansı bir sıçrayış olsa, ona uyğun addımlar atılacaq", - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.