CƏMİYYƏT


Səhiyyə naziri: Səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanlar var

Bakı, 27 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehlə görüş keçirilib.

Səhiyyə naziri Teymur Musayev ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir qeyd edib ki, 2022-ci il dekabrın 27-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu” dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, eyni zamanda dövlət tərəfdaşı və özəl tərəfdaş arasında yaranan münasibətləri tənzimləyir.

Nazir ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu bildirib.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşeh ölkəmizin 1995-ci ildən korporasiyaya üzv olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlər görülüb.

Görüşdə tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.