CƏMİYYƏT


Səhiyyə naziri Tərtərdə vətəndaşları qəbul edib

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 16-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Goranboy, Ağdam rayon sakinlərini qəbul edib. Qəbulda 12 vətəndaş iştirak edib. Sakinlərin sağlamlıq problemləri, işlə təminat və sair məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.