CƏMİYYƏT


Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.