Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də “Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı” mövzusunda seminar keçirilib. Seminar Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupu arasında aparılan əməkdaşlığa uyğun olaraq “Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı üzrə texniki yardım” layihəsi çərçivəsində təşkil olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi Dünya Bankının Azərbaycanda 2022-2026-cı illəri əhatə edən “Milli Səhiyyə İnformasiya Strategiyası” layihəsi ilə bağlı texniki tövsiyələrinin verilməsi və rəqəmsal məlumatların mübadilə nəticələrinin təkmilləşdirilməsi üçün tibbi iddiaların idarə edilməsi sisteminin gücləndirilməsidir.

Açılış nitqi ilə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, müasir dünyada hər bir sahədə olduğu kimi səhiyyə sisteminin də rəqəmsallaşması çox vacibdir: “Səhiyyə sisteminin rəqəmsallaşması ilə biz daha sistematik nəticələr əldə edə və əhaliyə daha keyfiyyətli xidmət göstərə bilərik. Məlumatların düzgünlüyü və şəffaflığı qərar vermə prosesində böyük rol oynayır. Buna görə də biz icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıq mərhələsində çalışdıq ki, mümkün qədər çox səhiyyə sisteminin elektronlaşdırılmasına nail olaq. Bu məqsədlə tibb müəssisələrinə internet xətləri çəkildi, daxili kabelləşmə işləri aparıldı, tibb müəssisələri kompüter avadanlıqları ilə təchiz olundu. Artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qeydiyyat vahid platforma üzərindən aparılır”.

İdarə Heyətinin sədri qeyd edib ki, layihənin komponentlərindən biri tibbi iddiaların idarə olunması sisteminin təkmilləşdirilməsi ilə bağlıdır: “Bu sistem vasitəsilə xəstəxanalardan agentliyə elektron reyestrlər daxil olur və müvafiq ödənişlər həyata keçirilir. Təbii ki, qısa zamanda qurulan yeni bir sistemin təkmilləşdirilməsi üçün bir çox məsələlərə yenidən baxılmalıdır. Hesab edirəm ki, Dünya Bankının mütəxəssislərinin verəcəyi tövsiyələr bu işə öz töhfəsini verəcək”.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov XXI əsrin tələblərindən birinin səhiyyənin rəqəmsallaşdırılması olduğunu söyləyib: “Tibbi məlumatlara həm pasiyentlərə aid informasiya, həm də maliyyə məsələləri daxildir. Bütün bunlar birlikdə böyük məlumat bazasını təşkil edir. Məlumat bazasının idarə olunması və digər bazalarla mübadiləni təmin etmək, əslində, səhiyyənin rəqəmsallaşdırılmasının əsasını təşkil edir. Burada əsas çağırışlardan biri fərdi tibbi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması ilə bağlıdır. Belə ki, böyük verilənlərin müəssisələr və ölkələr arasında mübadiləsi təhlükəsizliyin və dayanıqlılığın təmin olunması, eləcə də kibercinayətkarlıq kimi məsələləri ortaya qoyur”.

Nazir müavini vurğulayıb ki, sözügedən məsələlərin həll olunması çox əhəmiyyətlidir: “Bütün bunların həyata keçirilməsi üçün böyük işlər görülməlidir. Bu işlərin bir qismi artıq Səhiyyə Nazirliyi və agentlik tərəfindən həyata keçirilib. Səhiyyənin rəqəmsallaşdırılması davamlı prosesdir. Çünki informasiya texnologiyaları sürətlə dəyişir və səhiyyənin rəqəmsallaşdırılması üçün tətbiq edilən vasitələr də hər il təkmilləşir”.

Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl bildirib ki, səhiyyə və insan kapitalının inkişafı Dünya Bankının təkcə Azərbaycanda deyil, bütün dünyada əsas prioritetlərindən biridir: “Səhiyyə və insan kapitalının inkişafı həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə müəyyən olunmuş istiqamətlərə uyğundur. Burada Azərbaycan vətəndaşlarının rifah halının və inklüzivliyin gücləndirilməsi, uzunömürlülük və sağlam həyat tərzi, rəqabətli insan kapitalının formalaşdırılması kimi məsələlər xüsusilə vurğulanır. Ötən ildən etibarən bu istiqamətdə Azərbaycan hökumətinin təşəbbüsü ilə Səhiyyə Nazirliyi, agentlik, TƏBİB və digər dövlət qurumları ilə əməkdaşlıq etməkdən qürur duyuruq”.

Daha sonra Dünya Bankının mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Ekspertlər tibbi iddiaların idarə edilməsi sisteminin təhlilinə dair nəticələri və Azərbaycan səhiyyə sistemində rəqəmsal verilənlərin mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim ediblər.

Seminarda Səhiyyə Nazirliyi, agentlik və TƏBİB-in məsul əməkdaşları iştirak ediblər. Təqdimatlardan sonra qiymətləndirmənin nəticələrinə dair panel müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə səhiyyə, qidalanma və əhali sahəsində Praktikasının Meneceri Tania Dmitraçenkonun rəhbərlik etdiyi missiya 16-23 may tarixləri arasında Azərbaycanda səfərdədir.

Səfər müddətində nümayəndə heyəti Səhiyyə Nazirliyi, agentlik, TƏBİB və digər maraqlı tərəflərlə görüşlər keçirəcəklər. Görüşlərdə səhiyyə sahəsində rəqəmsal verilənlərin mübadiləsi, elektron səhiyyə ilə bağlı mövcud institusional mexanizmlər, tibbi məlumatların toplanılması, saxlanılması, istifadə edilməsi və ötürülməsinə dair hazırkı normativ-hüquqi aktlar və Elektron Səhiyyə üzrə Milli Strategiyanın layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.

Nümayəndə heyəti, həmçinin tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminin mövcud vəziyyəti ilə əyani tanış olmaq üçün ilkin səhiyyə xidməti və stasionar tibbi xidmət üzrə fəaliyyət göstərən tibb müəssisələrinə baş çəkəcəklər. Ekspertlərin tibbi məlumatların emalı prosesi ilə yaxından tanış olmaları üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında da görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub