QAN YADDAŞI
Səhman Bayramov: O müdhiş gecə heç vaxt unudulmayacaq
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canını qurban vermiş şəhidlərin adı qan yaddaşımıza həkk olunub.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Bakı şəhər sakini Səhman Bayramov AZƏRTAC-a müsahibəsində söyləyib. O qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakıda və ölkəmizin digər şəhər və rayonlarında qanlı hadisələr törədib. O müdhiş gecə heç vaxt unudulmayacaq.
S.Bayramov ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini bildirib.
O deyib: “20 Yanvar tariximizə həm faciəli, həm də şərəfli gün kimi yazılıb. Həmin gün Azərbaycanın vətənpərvər övladları azadlıq naminə əsl qəhrəmanlıq nümunəsi göstəriblər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]