MƏDƏNİYYƏT
Səhnədə gənc istedadlardır
Bakı, 4 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dekabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Gənc istedadlar” adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin tələbələri çıxış ediblər.
Gecədə Azərbaycan və dünya musiqisi klassiklərinin əsərləri səslənib. Tamaşaçılar gənc artistlərin çıxışlarını böyük maraqla qarşılayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]