SİYASƏT


“Səhra mətbəxi” müsabiqəsi davam edir

Bakı, 6 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazlarının iştirakı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin mərhələlərində hərbi aşpazlar müxtəlif çeşidli milli yeməklərin hazırlanması üzrə məharətlərini nümayiş etdirir, həmçinin qonaqların marağına səbəb olacaq təamların hazırlanması üzrə “usta dərsləri” də keçirlər.

“Səhra mətbəxi” müsabiqəsinin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan milli mətbəx nümunələrinin dadına baxaraq qiymətləndirmə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.