İDMAN


Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində mübarizəni dayandırıb

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turnirində - “Chessable Masters"də mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, şahmatçımız dörddəbir finalda ermənistanlı Levon Aronyana məğlub olub.

Dörddəbir finalın digər qarşılaşmalarında ABŞ təmsilçiləri Uesli So niderlandlı Jorden Van Forrest, Hikaru Nakamura rusiyalı Vladislav Artemiyev, Fransanı təmsil edən Alireza Firuzca Vyetnam şahmatçısı Le Quan Liyem ilə mübarizə aparırlar.

Xatırladaq ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.