İDMAN


Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində növbəti qarşılaşmalarda iştirak edəcək

Bakı, 22 may, АZƏRTAC

Bu gün “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında ilkin mərhələnin son oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk görüşündə - 13-cü turda Cons Gevane (İngiltərə) ilə qarşılaşacaq. Sonrakı iki turda David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə mübarizə aparacaq. Qeyd edək ki, şahmatçımız ötən turlarda 19 xal toplayaraq 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb.

Şahmatçılar ilkin mərhələdə dairəvi sistem üzrə yarışırlar. Yekun nəticədə, səkkiz ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.