İDMAN


Şəhriyar Məmmədyarov “Chessable Masters” yarışında mübarizəyə başlayır

Bakı, 19 may, AZƏRTAC

Bu gün şahmat üzrə nüfuzlu “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışı start götürür.

AZƏRTAC xəbər verir ki, 16 şahmatçının qatılacağı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Ş.Məmmədyarovdan başqa, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, Tari Aryan (Norveç), Vey Yu, Dinq Liren (Çin), Samuel Şenkland, Mişra Abhimanyu (ABŞ), David Guizarro (İspaniya), Rameşbabu Praqnanandha, Pentala Harikrişna, Vidit Santoş Qucarati (Hindistan), Cons Gevane (İngiltərə), Yorden Van Forrest, Aniş Giri (Niderland), Niels Qrandelius (İsveç) və kanadalı Erik Hansen iştirak edirlər. Şahmatçılar turnirin dörd gün davam edən ilkin mərhələsində 15 turda mübarizə aparacaqlar. Ş.Məmmədyarov bu gün ilk görüşünü Erik Hansenə qarşı keçirəcək. Sonrakı üç turda Maqnus Karlsen, Yorden Van Forrest və Mişra Abhimanyu ilə görüşəcək.

Şahmatçılar ilkin mərhələdə dairəvi sistem (qələbə üç xal, heç-heçə bir xal) üzrə yarışacaqlar. Yekun nəticədə, səkkiz ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.