İDMAN


Şəhriyar Məmmədyarov FIDE-nin reytinq cədvəlində ilk üçlükdədir

Bakı, 1 dekabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, kişi şahmatçıların ilk 100-lüyündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir.

Teymur Rəcəbov 1757 xalla 14-cü və Arkadi Naydiç 2736 xalla 20-dir. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.

Qadınların ilk ən güclü 100 şahmatçısı siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47 pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.

Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.