İDMAN
Şəhriyar Məmmədyarov “Grand Chess Tour” turnirinin üçüncü mərhələsində iştirak edəcək
Bakı, 24 iyun, AZƏRTAC
“Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin iştirakçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, iyulun 5-dən 12-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək "Croatia Grand Chess Tour" adlı rapid turnirində ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.
Artıq Xorvatiyada üz-üzə gələcək şahmatçıların adları da məlumdur. Beləliklə, Zaqrebdə Ş.Məmmədyarovdan başqa, fransalı Maksim Vaşye-Laqrav, Niderland təmsilçiləri Aniş Giri və Jorden Van Forest, rusiyalılar Yan Nepomnyaşi və Aleksandr Qrişuk, ukraynalı Anton Korobov, polşalı Yan-Kşıştof Duda, meydan sahibi, xorvatiyalı İvan Sariç və xüsusi qonaq qismində turnirə dəvət olunan iki eks-dünya çempionu, hindistanlı Vişvanatan Anand və Rusiyanı təmsil edən Harri Kasparovdur.
Xatıraldaq ki, Ş.Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"ın qalibi olub.