İDMAN


Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də ABŞ-ın Sent-Luis şəhərində Sinkfild kuboku turnirinin ikinci turunun görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov ikinci turda amerikalı şahmatçı Hikaru Nakamura ilə mübarizə aparacaq.

Turun digər oyunlarında rusiyalı Sergey Karyakin çinli Dinq Liren, amerikalı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşi, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen hindistanlı Vişvanatan Anand, hollandiyalı Aniş Qiri ermənistanlı Levon Aronyan, amerikalı Uesli So fransalı Maksim Vaşe-Laqravla mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən turda Ş.Məmmədyarov S.Karyakinlə xalları yarı bölüb. Birinci turda bir qarşılaşma istisna olmaqla bütün görüşlərdə heç-heçə qeydə alınıb. Yalnız Y. Nepomnyaşi V. Anand qarşılaşması Hindistan şahmatçısının qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.