İDMAN


Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edərək “New In Chess Classic” turnirinin bürünc medalını qazanıb

Bakı, 2 may, AZƏRTAC

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz üçüncü yer uğrunda Ermənistan şahmatçısı Levon Aronyanla cavab matçında 2,5:0,5 hesablı qələbə qazanıb. Bununla da şahmatçımız bürünc medalı özünə təmin edib.

Qeyd edək ki, Ş.Məmmədyarovun birinci matçda rəqibi ilə qarşılaşması heç-heçə ilə başa çatmışdı. Çempionluq uğrunda norveçli Maqnus Karlsenin ABŞ təmsilçisi Hikaru Nakamura ilə oyunu davam edir.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri bu gün başa çatacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.