İDMAN
Şəhriyar Məmmədyarov: Oyunun ədalətli nəticəsi heç-heçə idi
AZƏRTAC xəbər verir ki, partiyadan sonra Ş.Məmmədyarov oyunu haqqında danışıb. Bildirib ki, oyun heç-heçəyə gedirdi. Artıq gedişlər təkrarlanırdı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Hərçənd, risk olsaydı ağ fiqurlar hətta üstünlük qazana bilərdi. Ona görə heç-heçə etməklə düzgün qərar qəbul etdim. Özümə gəldikdə, turniri major notda bitirmək istərdim. Ona görə son turda yalnız qələbə haqqında düşünəcəyəm. “Qran-pri” mənim üçün qeyri-stabil oldu. Əvvəlcə iki məğlubiyyət, sonra bir qələbə. Son turda qələbə qazanmaqla yarışı yaxşı əhval-ruhiyyədə başa vurmaq istərdim.
Hikaru Nakamura isə oyun üslubunun Şəhriyar Məmmədyarov ilə oxşar olduğunu deyib. Qeyd edib ki, əlbəttə, üstünlük qazanmaq yaxşı olardı. Lakin partiya bərabər səviyyədə davam etdi. Ona görə heç-heçəni normal nəticə sayıram. Ş.Məmmədyarov ilə oyun üslubum oxşardır. Maraqlıdır ki, Şəhriyar ilə oyunum həmişə maraqlı mübarizə şəraitində keçir. Onunla oynamaq mənim üçün maraqlıdır. Şəhriyar sona qədər oynayır və hər zaman maraqlı gedişlərlə fərqlənir.