İDMAN


Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də ABŞ-ın Sent-Luis şəhərində Sinkfild kuboku turnirinin birinci turuna start veriləcək. Bu nüfuzlu yarışda Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

AZƏRTAC xəbər verir ki, şahmatçımız birinci turda rusiyalı Sergey Karyakin ilə görüşəcək. Turun digər oyunlarında çinli Dinq Liren amerikalı Uesli So, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen hollandiyalı Aniş Qiri, rusiyalı Yan Nepomnyaşi hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşe-Laqrav ermənistanlı Levon Aronyan, amerikalı şahmatçılar Hikaru Nakamura Fabiano Karuana ilə qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.