İDMAN
Şəhriyar Məmmədyarov “Sinkfild” super turnirində amerikalı Uesli Sonu məğlub edib
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinkfild” kuboku uğrunda super turnirə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib.
İkinci turda Azərbaycanlı şahmatçının rəqibi rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişuk olacaq. A.Qrişuk ağ fiqurlarla oynayacaq.
Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.
Yarışın mükafat fondu 300 min dollardır. Turnirin qalibi 75 min dollar məbləğində mükafatın sahibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [14:02]