İDMAN


Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirində ilk qələbəsini qazanıb

Bakı, 18 yanvar, AZƏRTAC

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat super turnirinin dördüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb. Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub. Bu, təmsilçimizin turnirdə ilk qələbəsidir.

Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə başa vurub. Ş.Məmmədyarovun aktivində 2,5 xal var və bu nəticə ilə beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.