İDMAN


Şəhriyar Məmmədyarov Veyk-an-Zeye şəhərində keçiriləcək şahmat turnirində iştirak edəcək

Bakı, 19 oktyabr, AZƏRTAC 

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçiriləcək şahmat üzrə superturnirin iştirakçılarının siyahısına daxil edilib. Turnirin yanvarın 12-dən 28-dək keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC yarışın rəsmi saytına istinadən xəbər verir ki, şahmat turnirində, həmçinin hazırkı dünya çempionu Maqnus Karlsen, rusiyalılar Sergey Karyakin, Vladimir Kramnik, amerikalılar Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), hindlilər Vişvanatan Anand, Başkaran Adhiban, hollandiyalı Aniş Giri, ingilis Qaven Cons, çinlilər Vey İ və Hou İfanay çıxış edəcəklər.

Turnirin direktoru Yerun van den Berq deyib: “Mən çox razıyam ki, turnirdə dörd dünya çempionu iştirak edir. Turnirin 80-ci yubiley oyununda Kramnik və Anandın çıxışları xüsusi hadisədir. Çünki onlar Veyk-an-Zeyeyə bir neçə ildir ki, gəlməyiblər”.

Turnirin daha iki iştirakçısının adı noyabr və dekabr aylarında elan olunacaq.

2018-ci ilin yanvarın 12-dən 28-dək dairəvi sistem üzrə keçiriləcək superturnir sayca 80-cidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.