İDMAN


Şəhriyar Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazanıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsinin ilk partiyaları oynanılıb.

AZƏRTAC xəbər verir ki, finalda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanovu məğlub edərək aktivinə bir xal yazdırıb. Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezlə heç-heçə edib. Eltac Səfərli isə hindistanlı Sarin Nihala məğlub olub.

Sentyabrın 14-də şahmatçılarımız cavab oyunları keçirəcək.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.