İDMAN


Şəhriyar Məmmədyarov rapid və blits üzrə dünya çempionatında iştirak edəcək

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 25-dən 30-dək Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, dünya çempionatında 250-dən çox zəka sahibinin iştirakı artıq dəqiqləşib. Onlar arasında Şəhriyar Məmmədyarov, Maqnus Karlsen, Maksim Vaşye-Laqrav, Aniş Giri, Hikaru Nakamura və Vladimir Kramnik da var.

Qeyd edək ki, Ş.Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionu olub. O, ötənilki analoji yarışda gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.