İDMAN


Şəhriyar Məmmədyarov şahmat üzrə Qran-Prinin mərhələ yarışında üçüncü olub

Bakı, 30 oktyabr, AZƏRTAC

Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yeri tutub.

AZƏRTAC xəbər verir ki, Ş.Məmmədyarov İsveçrə üsulu ilə keçirilən turnirin 11 turundan 9,5 toplayıb.

Qeyd edək ki, onunla eyni xalı yığan rusiyalı Sergey Karyakin və FIDE-nin bayrağı altında çıxış edən Əlirza Firuzca əlavə göstəricilərə görə, birinci və ikinci yerləri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.