İDMAN


Şəhriyar Məmmədyarov superturnirin ikinci mərhələsinin liderlərindən bir xal geri qalır

Bakı, 21 iyun, AZƏRTAC

Fransanın paytaxtı Parisdə “Grand Chess Tour” superturnirinin ikinci mərhələsi start götürüb. Birinci mərhələ kimi, bu mərhələ də beş gün ərzində sürətli şahmat və blits formatında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnir iştirakçıları arasında Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da var. Şəhriyarın rəqibləri Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişşuk (Rusiya), Fabiano Karuana, Uesli So, Xikaru Nakamura (ABŞ), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) və Vişvanatan Ananddır (Hindistan).

Son vaxtlar Parisdə yaşayan sabiq dünya çempionu Vladimir Kramnik bu turnirdə təşkilatçılar tərəfindən nominant olub. O, yalnız bu mərhələdə oynayacaq və seriyanın ümumi hesabında iştirak etməyəcək.

Rapid turnirinin üç turundan sonra (xallar ikiqat hesablanır) hər biri 4 xal toplayan Vişvanatan Anand, Levon Aronyan, Uesli So liderlik edirlər. Beş qrossmeyster - Şəhriyar Məmmədyarov, Aleksandr Qrişşuk, Sergey Karyakin, Vladimir Kramnik, Hikaru Nakamura liderlərdən bir xal geri qalırlar. Cədvəli Maksim Vaşye-Laqrav (2 xal) və Fabiano Karuana (1 xal) tamamlayırlar.

Yarış dairəvi sistem üzrə keçirilir. İyunun 22-dək sürətli şahmat (hər gün üç tur) oynanılır, iyunun 23-24-də blits (hər gün 9 tur) keçiriləcək.

Bu gün yarışın 4-6-cı turları oynanılacaq.

Qeyd edək ki, turnir Fransanın aparıcı telekanallarından birində - “Canal+”da birbaşa yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.