İDMAN


Şəhriyar Məmmədyarov və Rauf Məmmədov Vüqar Həşimovun xatirə turnirinin 6-cı turunda heç-heçə oynayıblar

Şəmkir, 23 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC

Şəmkirdə istirahət günündən sonra Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir yenidən start götürüb.

AZƏRTAC xəbər verir ki, bu gün 6-cı turun partiyaları oynanılır. Turnirin lideri, dünya çempionu Maqnus Karlsen hollandiyalı Aniş Giri ilə sülh bağlayıb. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da heç-heçə oynayıblar. Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Uesli So ilə, Rauf Məmmədov isə Vişvanatan Anand (Hindistan) ilə xalı bölüşüb.

Maykl Adams (Böyük Britaniya) - Maksim Vaşye-Laqrav (Fransa), Vladimir Kramnik (Rusiya) - Fabiano Karuana (İtaliya) partiyaları hələ davam edir.

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir aprelin 26-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.