Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şəhrizad Süleyman: Çalışdığım ali təhsil ocağında “Nəsimi ili” çərçivəsində elmi konfrans keçirmək niyyətindəyəm

Şəhrizad Süleyman: Çalışdığım ali təhsil ocağında “Nəsimi ili” çərçivəsində elmi konfrans keçirmək niyyətindəyəm

Əbu-Dabi, 11 fevral, AZƏRTAC 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi şair və mütəfəkkir, Şərq ədəbiyyatı tarixinə adı qızıl hərflərlə həkk olunan İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsi müqtədir şairə verilən misilsiz dəyərin, yüksək ehtiramın ən ali göstəricisidir. Dövlət başçısının görkəmli şairlə bağlı Sərəncamı nəinki ölkəmizdə, eləcə də dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanır və təqdirəlayiq möhtəşəm addım kimi qiymətləndirilir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Əbu-Dabi Universitetinin (Birləşmiş Ərəb Əmirlikləri) beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas və tədqiqatçı Şəhrizad Süleyman deyib.

Vurğulayıb ki, Prezidentin bu Sərəncamı Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olan İmadəddin Nəsimi yaradıcılığının, zəngin ədəbi irsinin ölkəmizlə yanaşı, əcnəbi məmləkətlərdə də təbliğinə çox böyük töhfədir.

Ş.Süleyman qeyd edib ki, anadilli şeiri yüksək bir zirvəyə ucaldan, ədəbi-bədii dilin, eyni zamanda, klassik türk poeziyasının təkmilləşməsində müstəsna rol oynayan, öz əsərlərində dövrün mütərəqqi fikirlərini, dərin fəlsəfi düşüncələrini tərənnüm edən, öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən cahanşümül şair, əruz vəzninin bəhrlərini böyük ustalıqla Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa nail olub.

O deyib: “Nəsimi yaradıcılığı ilə təmasda olan şəxs sanki sonsuz bir ümmana qədəm qoyur. O, mübhəmlərlə dolu sirli bir həyatdır, əsrarəngiz gözəllikdir, bütün ruhu ilə sevən aşiqi-məcnundur, ucsuz-bucaqsız kainatdır, haqq yolunda mücadilə aparan qəhrəmandır, ali məqama ucalan kamil insandır. Nəsimi fəlsəfəsi elə bir kamillk zirvəsidir ki, “insani-kamil” mərtəbəsinə yüksələn və özünü ruhi təhtəlşüurda dərk edən Adəm övladı saf, ülvi varlığa çevrilib ilahiləşir”.

Əbu-Dabi Universitetinin müəllimi həmçinin qeyd edib ki, İmadəddin Nəsimi Yaxın və Orta Şərqdə geniş yayılmış üç dildə: ərəb, fars və Azərbaycan dillərində qiymətli söz inciləri yaradan novator şairdir. O, yaşadığı dövrün ictimai-siyasi mənzərəsini, ürfani dəyərləri, təsəvvüfi ideyaları müxtəlif dillərdə qələmə almaqla öz mütərəqqi fikirlərini, dini, fəlsəfi görüşlərini daha böyük coğrafi ərazidə təbliğ etmək imkanı qazanıb. Üç dildə, böyük ustalıqla poetik, fəlsəfi əsərlər yaradan Nəsiminin lisan dühası həqiqətən uca zirvədir. “Ərşlə fərşü kafü nun”, “daim ənəl-həqq söylərəm” deyərək həqiqət yolundan dönməyən, “gövhəri-laməkan” olan və sözün həqiqi mənasında, “kövnü məkanə”, cahana və zamana sığmayan əbədiyyət günəsi İmadəddin Nəsiminin zəngin bəşəri irsi müxtəlif xalqlar, ümmətlər arasında mədəni, tarixi əlaqələrin və fikir vəhdətinin yaranmasında mühüm rol oynayır.

Ş.Süleyman deyib: “Nəsimi şeiriyyatının vurğunu olan bir şəxs kimi dahi şairlə bağlı xeyli sayda ərəb mənbələri ilə yaxından tanış olmuşam. Yaradaçılığı “bəhril-əsrar” olan müqtədir şairimizin zəngin ədəbi irsi, Nəsimi dövrü və onun fəlsəfi görüşləri təəssüflər olsun ki, yetərincə araşdırılmayıb. Çünki uzun illər sovet ideologiyasının diktəsi ilə araşdırılan İmadəddin Nəsimi irsi bir çox boşluqlarla, tarixi-elmi mənbələrdən xəbərsiz bəzi alimlərin təxəyyülü ilə tədqiq olunub. Yeri gəlmişkən, onu da diqqətinizə çatdırım ki, bəzi tarixi mənbələrə əsasən, Şərq aləminin qədim kitabxanalarında dahi şairin ərəb dilində qələmə aldığı qəzəllərin mövcud olması ehtimalı var. Məhz bu səbəbdən qüdrətli söz ustadının ədəbi irsinə aid olan qiymətli əlyazmalar dünya kitabxanalarında araşdırılmalı, tədqiq olunmalıdır. Ümid edirəm ki, “Nəsimi ili”ndə bu yöndə müəyyən müsbət addımlar atılacaq”.

“Uzun tarixi dövr, yüzilliklər keçməsinə baxmayaraq Seyid Nəsimi qələmindən süzülüb gələn hər bir qiymətli söz incisi bu gün də öz aktuallığını qoruyub saxlayır. Şərq xalqlarının yaddaşında mübariz, haqq carçısı, həqiqət naminə, fikir azadlığı yolunda mücadilə edən, humanist ideyalar uğrunda qəhrəmanlığın rəmzi kimi əbədiləşən, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının dünyaya tanıdılması baxımından ölkədə “Nəsimi ili” elan edilməsi təqdirəlayiq hadisədir. Mən də “Nəsimi ili” çərçivəsində çalışdığım ali təhsil ocağında müəllim və tələbə heyəti ilə birgə “Nəsimi şair il-məftun bil-insən” (Nəsimi - insana məftun olan şair) adlı elmi konfrans keçirtmək niyyətindəyəm. Yaxın zamanlarda keçirilməsi planlaşdırılan bu konfrans “Nəsimi ili”nə və müqtədir şairimizin zəngin ədəbi irsinin xarici ölkədə təbliğinə töhfəm olar” - deyə Ş.Süleyman söyləyib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var VİDEO

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi