İDMAN


Səid Mollayi: İnanıram ki, Paris Olimpiadasında nəticəm “Tokio-2020”də qazandığım uğurdan daha da yüksək olacaq

Bakı, 16 may, AZƏRTAC

Səid Mollayi bütün dünyaya adını tanıtmağı bacarıb. Onun 81 kiloqram çəki dərəcəsində Azərbaycan milli komandasında yer alması hər iki tərəf üçün ən perspektivli addımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Cüdo Birliyinin saytında dərc edilmiş məqalədə bildirilib.

Cüdoçunun sözlərinə görə, o, Paris Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağı altında iştirak edəcəyi üçün sevinclidir və yüksək nəticə qazanacağına əmindir: “Mənim ailəm əslən azərbaycanlıdır, mən mədəniyyətimizi və dilimizi yaxşı bilirəm. İnanıram ki, Paris Olimpiadasında nəticəm Tokio Oyunlarında qazandığım uğurdan daha da yüksək olacaq”.

Almaniyada dəfələrlə təlim-məşq toplanışında iştirak edən S.Mollayi Azərbaycanın böyüklərdən ibarət millisinin baş məşqçisi Riçard Trautmanı təcrübəli və yüksək nəticəsi olan məşqçi kimi tanıdığını bildirib. Onun sözlərinə görə, R.Trautman kimi peşəkar məşqçinin rəhbərliyi altında o, yüksək nailiyyətlər əldə edəcək.

Avropa Cüdo Birliyi qeyd edir ki, S.Mollayi dəfələrlə cüdoya bağlı olduğunu sübut edib. Cüdonun ən vacib dəyərlərindən biri olan cəsarət hissinə köklənib və qarşısına çıxan bütün maneələri aşaraq, məqsədə doğru getməyi yaxşı bacardığını nümayiş etdirib: “Çox çətin həyatım olub, lakin indi azad insan olduğum üçün xoşbəxtəm. Mən həmişə dünyaya göstərmişəm ki, cəsur insanlar hər zaman qalib gəlir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.