MƏDƏNİYYƏT


Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin uğuru

Bakı, 8 aprel, AZƏRTAC

Bakıda keçirilən gənc ifaçıların “World harmony” Beynəlxalq klassik və folklor musiqi müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi də yaxından iştirak edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə məktəbin xalq çalğı alətləri ansamblının şöbə müdiri Səadət Yusifovanın rəhbərlik etdiyi ansambl birinci yeri qazanıb.

Qanun sinfi üzrə Jalə Həsənzadə birinci yerə, qarmon sinfi üzrə Dürdanə Gözəlli isə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, “World harmony” beynəlxalq müsabiqəsi Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.