DÜNYA


Səid Xətibzadə : İran ilə ABŞ arasında məhkumların dəyişdirilməsi barədə xəbərlər həqiqəti əks etdirmir

Tehran, 3 may, AZƏRTAC

İran ilə ABŞ arasında məhkumların dəyişdirilməsi haqqında mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.

AZƏRTAC xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, rəsmi Tehran bu barədə təkliflər irəli sürüb və plan təqdim edib. Lakin təklif hələ ki, cavabsız qalıb. Məhkumların qarşılıqlı dəyişdiirilməsi barədə heç bir razılaşma əldə olunmayıb.

S. Xətibzadə ABŞ-ın İrana məxsus 7 milyard dollar vəsaiti sanksiyalardan azad etmək istəyinə də toxunub. Diqqətə çatdırılıb ki, İran öz vəsaitinin sanksiyalardan hissə-hissə deyil, birdəfəlik azad edilməsini və ölkəyə qaytarılmasını tələb edir.

Qeyd edək ki, Vyanada İran nümayəndələri ilə Avropa dövlətləri arasında 2015-ci ildə imzalanan “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqındakı müqavilənin saxlanılması üzrə danışıqlar aparılır. ABŞ Prezidenti Barak Obama dönəmində imzalanan bu müqaviləni Prezident Donald Tramp düzgün hesab etmədi və ABŞ birtərəfli qaydada müqavilədən çıxdı. Yeni Prezident Cozef Bayden İran problemini həll etmək qərarına gəlib. Vyanada danışıqlar davam edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.