İDMAN


“Seiko” şirkəti Beynəlxalq Atletika Federasiyası ilə yeni müqavilə imzalayıb

Bakı, 15 may, AZƏRTAC

“Seiko” şirkəti Beynəlxalq Atletika Federasiyası (BAF) ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən şirkət 2029-cu ilədək BAF-ın rəsmi tərəfdaşı olacaq. Bu on il ərzində “Seiko” keçiriləcək beş dünya çempionatı da daxil olmaqla ümumilikdə 37 yarışa tərəfdaşlıq edəcək.

Şirkət 1985-ci ildən BAF-ın rəsmi tərəfdaşıdır. Ötən 34 il ərzində “Seiko” BAF-ın 15-i dünya çempionatı olmaqla 184 yarışını dəstəkləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.