MƏDƏNİYYƏT


Şeirə sığmayan ömür...

Bakı, 13 may, AZƏRTAC

Mayın 13–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı şair Hikmət Ziyanın 90 illiyi münasibətilə fəal oxucularla birlikdə “Şeirə sığmayan ömür” adlı tədbir keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin ömür yolu və zəngin yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, Hikmət Ziya təmsili ədəbiyyatımızda kamil dərəcəyə çatdırmış ilk sənətkar olaraq özündən sonra zəngin ədəbi irs qoyub gedib. Hikmət Ziyanın ustalığı, bədii fikrinin yeniliyi və kamilliyi ondadır ki, heç kəsi təkrar etmir, həyatdan aldığı mövzuları özünəməxsus üsullarla və obrazlı ifadələrlə canlandırır. Onun dövrün tələbi ilə səsləşən ictimai-siyasi məzmunlu şeirləri, sevgi duyğularını əks etdirən lirik nəğmələri, dərin məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri özündən sonra xalqımıza yadigar qalıb.

Sonra oxucular şairin şeir və təmsillərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.