Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə verilib

Babək, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib, sakinləri təbrik edərək deyib: Hər bir yaşayış məntəqəsinin inkişafında müasir yol infrastrukturunun yaradılması vacib məsələdir. Çünki harada yol abaddırsa, orada həyat rahatdır. Bu gün yaşayış məntəqələrində insanlar avtomobildən istifadə edir. Bunun üçünsə, ilk növbədə rahat yol olmalıdır. Bu amili nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev 2014-cü il avqustun 27-də müvafiq Sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycanın ən böyük kəndlərindən biri olan Nehrəm kəndinin yolları yenidən quruldu. Yolun birinci hissəsinin açılışı 2015-ci il dekabrın 1-də həyata keçirildi. Bu gün isə yolun ikinci hissəsi istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Yoldan səmərəli istifadə etmək, onu qorumaq bundan sonra sakinlərin üzərinə düşən vəzifədir. Nehrəm kəndində yolun yenidən qurulması ilə yanaşı, ibadət yerləri və digər sosial obyektlər istifadəyə verilmiş, torpaq sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Hazırda kənddə yeni su və kanalizasiya sistemləri çəkilir. Bütün bu tədbirlərin həyata keçirilməsi Nehrəmdə insanların rahat yaşamasına xidmət edir.

Ali Məclisin Sədri sakinləri bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Nehrəm bələdiyyəsinin sədri Tofiq Abutalıbov çıxış edərək deyib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi muxtar respublikanın bütün yaşayış məntəqələrini inkişaf və tərəqqiyə qovuşdurub. Bu inkişafdan Nehrəm kəndinə də pay düşüb. Artıq Nehrəm öz tarixinin yeni inkişaf dövrünü yaşayır. Son illər kənddə geniş abadlıq-quruculuq işləri aparılıb, xəstəxana binası, 3 tam orta məktəb, kənd mərkəzi, uşaq musiqi məktəbi, ticarət mərkəzi və digər sosial obyektlər istifadəyə verilib. Kənd tamamilə qazlaşdırılıb, dayanıqlı elektrik enerjisi və müasir rabitə sistemi ilə təmin olunub, qapalı suvarma şəbəkəsi qurulub. Yolun yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır. Tofiq Abutalıbov həyata keçirilən tədbirlərə görə Nehrəm sakinləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra Ali Məclisin Sədri yolda görülən işlərlə maraqlanıb. Bildirilib ki, 31 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsinin uzunluğu 9,6 kilometrdir. Tikinti işləri zamanı yol yatağı genişləndirilərək yeni asfalt örtük çəkilib, 26 su keçidi qoyulub, 5,5 kilometrlik Nehrəm kənddaxili avtomobil yolu yenidən qurulub.

Nehrəmdə yeni məscid tikilib

Nehrəm kəndində tarixən elmin, təhsilin inkişafı ilə yanaşı, dini-mənəvi dəyərlərimizə də hörmətlə yanaşılıb. Kənddə bu gün də dini dəyərlərimiz qorunub yaşadılır, dindarlar üçün lazımi şərait yaradılır. Bu sahədə görülən işlərin davamı olaraq Nehrəm kəndində yeni məscid tikilib.

Noyabrın 11-də Nehrəm kənd məscidi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Nehrəm kəndinin bu ərazisində əvvəllər də məscid olmuş, uzun illər azan səsi eşidilmiş, insanlar burada ibadət etmişlər. Bu gün isə kənddə yeni məscid tikilmiş, dindarlar üçün lazımi şərait yaradılmışdır.

Ali Məclisin Sədri təşkilatçılara təşəkkür edib, dindarları və kənd sakinlərini təbrik edərək deyib: İslam aləminin müqəddəs simvolları vardır. Peyğəmbərimiz, Qurani-Kərim və məscidlər İslam dininin üç əsas simvoludur. Məscidlər ibadət yeri olmaqla yanaşı, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır. Bu gün istifadəyə verilən məscid binası islami dəyərlər əsasında qurulmuşdur. Məsciddə İslam dini və mənəvi dəyərlərimiz gələcək nəsillərə olduğu kimi öyrədilməli, saf əməllər naminə ibadətlər olunmalıdır. Məscidlər müqəddəs yerlərdir. Bu səbəbdən də Nehrəm kənd məscidi mənəvi dəyərlərimizin yaşadıldığı yer kimi qorunmalı, təmiz saxlanmalıdır.

Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Ölkəmizin hər bir yerində quruculuq işləri aparılır. Görülən işlərin, mövcud inkişafın və sabitliyin əsası isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Ümummilli Liderin yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, hər bir vətəndaşa ölkəmizin inkişafından pay düşür. Hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir, məscidlər və dini abidələr dağıdılır. Lakin bu gün Azərbaycanda sabitlikdir, bütün sahələr inkişaf etdirilir, məscidlər, yollar və digər sosial obyektlər istifadəyə verilir, dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır.

Ali Məclisin Sədri dindarları və sakinləri yeni məscidin istifadəyə verilməsi münasibətilə bir daha təbrik edib.

Kənd sakini, dindar Yusif Nağıyev minnətdarlıq edərək deyib ki, Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. 70 il Sovetlər Birliyi dövründə görülməyən işlər müstəqillik illərində Naxçıvanda həyata keçirilib. Babək rayonunun Nehrəm kəndi də inkişaf edir, dəyişir. İstifadəyə verilən sosial obyektlər, çəkilən yol sakinlərin rahatlığını təmin edir. Bu işlərin davamı kimi məscid binasının istifadəyə verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər göz önündədir. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Yusif Nağıyev həyata keçirilən tədbirlərə görə Nehrəm kənd dindarları adından minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları məscid binasında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, sahəsi 830 kvadratmetr olan məscid zal və minarədən ibarətdir. İki hissədən ibarət olan zalda qadın və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün şərait yaradılıb, məscidin daxili milli və dini ornamentlərlə, naxışlarla bəzədilib, divarlara Qurani-Kərimdən ayələr həkk olunub. Burada 570 nəfər eyni vaxtda ibadət edə bilər. Məsciddə yardımçı otaqlar da istifadəyə verilib, dəstəmaz yeri yaradılıb, elektrik, qaz və su xətti çəkilib, həyət abadlaşdırılıb.

Sonra məsciddə ilk namaz qılınıb, ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, ölkə Prezidentinə uzun ömür, cansağlığı arzulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb