CƏMİYYƏT


Şəkərli diabetdən əziyyət çəkənlər Novruz bayramı günlərində daha diqqətli olmalıdırlar

Şəkərli diabetdən əziyyət çəkənlər Novruz bayramı günlərində daha diqqətli olmalıdırlar

Bakı, 15 mart, AZƏRTAC

Şəkərli diabetdən əziyyət çəkən xəstələr Novruz bayramında ciddi sınaq qarşısındadırlar. Çünki Novruz süfrəsinin əksər təamları yüksək şəkər indekslidir. Diabeti olan pasiyentlər daha diqqətli olmalı, dərmanlarını vaxtında qəbul etməli, Novruz şirniyyatlarından mümkün qədər daha az istifadə etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayımda deyib.

“Yüksək qan təzyiqindən əziyyət çəkən pasiyentlərə duzlu qidaların qəbulunun azaldılması tövsiyə olunur. Onlara qoyun əti, heyvanın iç yağı ilə, yəni yüksək xolesterolla zəngin olan qidaları daha az qəbul etmələrini, daha çox açıq havada olmağı, yürüş etməyi məsləhət görürük. Məlumdur ki, şirniyyatlar hazırlanarkən onlara tərkibi marqarin, palma yağı ilə zəngin olan yağlar əlavə olunur. Bu da yüksək xolesterinli xəstələrdə ürək qan-damar sisteminin fəaliyyətində ciddi problemlər yarada bilər. Qan təzyiqləri normal olsa belə xroniki təzyiq xəstələri hər gün dərmanlarını qəbul etməlidirlər ki, bayram günlərini normal keçirə bilsinlər”, - deyə E.Məmmədov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.