CƏMİYYƏT


Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb

Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb

Bakı, 8 dekabr, AZƏRTAC

Bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkidən əziyyət çəkənlərin sayı artır. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Bunların içərisində şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri əsas yer tutur. 2020-ci illə müqayisədə ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə müsahibəsində deyib.

A.Əhmədova bildirib ki, səhiyyə qurumlarının üzərinə düşən əsas iş insanlara sağlam həyat tərzinə sövq eləməkdir: "Bu məqsədlə yaradılan portal gələn ildən işə düşəcək. Sayt olduqca funksional olacaq. Burada zərərli vərdişlərdən qurtulmaq, sağlam qidalanmaq istəyən insanlar üçün xeyli məqalə və faydalı məlumatlar yerləşdiriləcək. Eyni zamanda, saytda digər əhəmiyyətli funksiyalar da yer alacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.