REGİONLAR


Şəki: Çindən gətirilən 70 min tut tingindən 34 mini artıq əkilib

Şəki, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mininin Şəki rayonu ərazisində əkilməsi nəzərdə tutulur. Tinglər artıq rayona gətirilib və əvvəlcədən müəyyənləşdirilmiş bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılıb. Qısa müddətdə bu tinglərdən 34 mininin əkilməsi təmin olunub və ting əkini davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, bundan əlavə, payız mövsümündə rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min ədəd yerli tut tinginin əkilməsi də nəzərdə tutulur. Bu tinglərdən 50 min ədədi artıq rayona gətirilib və kümçülərə paylanılıb. Tinglərin 21 min ədədinin əkilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Rafik Məmmədovun məlumatına görə, 2016-cı ilədək Şəki rayonu ərazisində 108 min ədəd barverən tut tingi mövcud olub. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 215 min ədəd tut tingi əkilib. Bunun 117 minini Çindən gətirilən tinglər təşkil edib. 2018-ci ildə Şəki rayonunda 48,2 ton yaş barama istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 30,4 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.