Şəki Dövlət Dram Teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək
AzerTAg.az

Şəki, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrı Novruz bayramı ərəfəsində və tətil günlərində uşaqları sevindirmək və onlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək üçün “Baharın xilaskarları” adlı nağıl-tamaşa hazırlayıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Teatrın rəsmisi bildirib ki, müəllifləri Elvin Nuri və Hüseyn Hüseynli olan nağıl-tamaşada Bahar qızın xeyirxah dostlarının köməyi sayəsində şər qüvvələrin əlindən xilas edilməsindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aydın Əlibalayev, Nərmin Nəbiyeva, Qurban Rəsulov, Rəşad Rüstəmov, Lalə Məmməd, İlkin Rüstəmov, Arzu Əmirxanqızı və başqaları ifa edirlər.
Teatrda Novruz şənlikləri martın 18-dən 26-dək davam edəcək.
Xəbərin mətnində orfoqrafik səhv var