REGİONLAR


Şəki Dövlət Dram Teatrı yeni mövsümü “İntihar” tamaşası ilə açıb

Şəki, 4 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrı yeni mövsümün açılış günündə teatrsevərlərə Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun “İntihar” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucova, rəqslərə quruluş verən isə Çingiz Novruzəliyevdir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Günay Novruzəliyeva və başqaları ifa ediblər.

Teatrın 2022-ci il repertuarına daxil edilən tamaşanın premyerası uğurlu keçib.

Lalə Məmmədova bildirib ki, hazırda bu sənət ocağında, eyni zamanda, müasir yazar Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” pyesinin tamaşaya qoyulması üçün hazırlıq prosesləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.