REGİONLAR


Şəki Dövlət Dram Teatrı yeni mövsümü “Xəstəlik xəstəsi və ya yaşasın teatr” tamaşası ilə açacaq

Şəki, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrı sentyabrın 17-nə təyin edilmiş 140-cı yubiley mövsümünün açılış günündə teatrsevərlərə J.Molyerin və M.Bulqakovun “Xəstəlik xəstəsi və ya yaşasın teatr” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək. Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Səhnə əsəri bütün ömrünü teatra həsr edən sənətkarlara ithaf olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Sevda Nəsirova məlumat verib.

Teatrın təmsilçisi bildirib ki, Şəki Dövlət Dram Teatrı yubiley mövsümündə izləyicilərini bir-birindən maraqlı tamaşalarla sevindirəcək. Yeni mövsümdə teatrın səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Sevil” pyesi və “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında Altay Məmmədovun yazdığı “Dəli Domrul” əsəri tamaşaya qoyulacaq. Bundan əlavə, Mədəniyyət Nazirliyinin planına əsasən, yeni mövsümdə Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə təntənəli tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.