REGİONLAR


Şəki Dövlət Regional Kollecində ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı rolundan danışılıb

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Şəki Dövlət Regional Kollecində keçirilib. Tədbirdə kollecin direktoru Sərdar Şərifov, müəllim və tələbə kollektivi iştirak edib.

Kolleclə tanışlıqdan sonra Fondun lektoru, yazıçı-jurnalist Şəhla Aslan tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin mətbuatla bağlı fəaliyyətindən söhbət açıb. Ş.Aslan Bilik Fondunun həyata keçirdiyi işlərdən, maarifləndirici tədbirlərdən bəhs edərək, sonra ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı rolu barədə mühazirə oxuyub.

Qeyd edilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında da ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib. Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilib.

Tədbir müzakirə formasında davam edib, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.