REGİONLAR


Şəki Mədəniyyət Mərkəzi tamaşaçılara “Nizami dünyasına səyahət” adlı kompozisiya təqdim edib

Şəki, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradıb. Şair Yaxın və Orta Şərqin fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində keçirilən “Nizami dünyasına səyahət” adlı ədəbi-bədii kompozisiyada səsləndirilib.

Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin, ziyalıların, mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Mədəniyyət Mərkəzi kollektivi üzvlərinin ifasında dahi şairin ölməz əsərlərindən səhnəciklər oynanılıb, Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, Fikrət Əmirovun “Gülüm” romansları ifa olunub. Tədbirdə, həmçinin Nizaminin “Ay üzlü nigarım”, “Gözüm aydın gözümə surəti canan görünür”, “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” və digər qəzəlləri səsləndirilib.

Tədbirin sonunda Nizami yaradıcılığına həsr olunan film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.