CƏMİYYƏT
Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyində yanğın baş verib
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinglik ərazisində yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bələdiyyə torpaqlarında başlayan yanğın güclü külək nəticəsində meşə ərazisinə keçib.
Yanğının söndürülməsi üçün ETSN-in və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları dərhal əraziyə cəlb olunub.
Yanğın zamanı, əsasən quru kol və ot örtüyünə ziyan dəyib.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]